`Qardaşlığımız əbədidir` - Türkiyə səfiri


19:46     07 Noyabr 2016 turkiye-azerbaycan-bayraklari2.jpg

“Çalışacağım müddət ərzində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam”.


Femida.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral media nümayəndələri ilə görüşündə deyib.

Səfir bildirib ki, iki ölkə arasında əlaqələr 15 iyul hadisəsindən sonra nümunəvi hala gəlib:

“Qardaşlıq münasibətlərimiz təbii ki, əbədidir. Amma Azərbaycan hökumətinin, dövlətinin, prezidentinin bizə 15 iyuldan sonra göstərdiyi qardaşlıq münasibəti heç zaman unudulmayacaq. Biz bu dəstəyi hər zaman hiss edirik. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyətim dövründə bu anlayışı öndə tutacağam və buna uyğun davranacağam”.

Səfir Azərbaycanı 2011-ci ildə tərk etdiyini və bu il yenidən Azərbaycana – bu dəfə səfir kimi - qayıtdığını nəzərə çatdırıb: “Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bu sahədən biri də mətbuat sahəsidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1245


Oxşar xəbərlər